
Çinin cənub-şərqindəki Quanqdonq əyalətinin Çaoçjou şəhərində güclü tornado baş verib.
Avesta.az xəbər verir ki, iyulun 2-də yerli sakinlər təbiətin dağıdıcı gücünün şahidi olublar.
Tornado şəhərdə çoxsaylı fəsadlar törədib: Evlərin damını qoparıb, elektrik xətlərini qırıb, bütöv binaları, anbarları dağıdıb.
Qeyd edə ki, bir gün əvvəl sinoptiklər səkkizinci səviyyəli fırtına xəbərdarlığı elan ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.