
Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.