
Şabran rayonunun Zağlı kəndində yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, onlar Şabran şəhər sakinləri - 1967-ci il təvəllüdlü Adıgözəlova Şahnaz Ramazan qızı, 1996-cı il təvəllüdlü Adıgözəlov Elvin Eldar oğlu, 1998-ci il təvəllüdlü Adıgözəlova Rəhilə Eldar qızı, 1987-ci il təvəllüdlü Talıbova Elnurə Akif qızı, 2006-cı il təvəllüdlü Talıbova S.Nofəl qızı və 2020-ci il təvəllüdlü Talıbova G.Nofəl qızıdır.
Faktla bağlı araşdırma davam etdirilir.
Şabran rayonunun Zağlı kəndində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.
"Report"un Şimal bürosunun məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.