
2023-cü ilin ilk 6 ayı ərzində Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 73 inzibati işə baxıb.
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, işlərdən 37 faizi dövlət müəssisələrini, 63 faizi özəl müəssisələri əhatə edib: "Sənaye müəssisəsi üzrə 4 faiz, 96 faiz isə tibb müəssisələri üzrə inzibati işə baxılıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.