
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşanla görüşərək onunla qarşılıqlı sərmayə qoyuluşunun təşviqini müzakirə edib.
"AVESTA.AZ" xəbər verir ki, bunu nazir tviter hesabında bildirib.
"Görüşdə Azərbaycan-Türkiyə birliyinin iqtisadi münasibətlərin gücləndirilməsi üçün əhəmiyyəti, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
Xatırladaq ki, M.Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.