
Myanma hakimiyyəti ölkədə davam edən silahlı toqquşmalar fonunda fövqəladə vəziyyəti növbəti dəfə altı ay uzadıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Myawaddy TV” məlumat yayıb.
Bildirilib ki, konstitusiyanın 425-ci maddəsinə əsasən, Milli Müdafiə və Təhlükəsizlik Şurası yekdilliklə fövqəladə vəziyyətin daha 6 ay uzadılması barədə qərar qəbul edib.
Myanmada 2021-ci ilin fevral ayından fövqəladə vəziyyət sonuncu dəfə 2023-cü ilin fevralında uzadılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.