
Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.
Məlumata görə, 6 PUA vurulub. Tələfat və dağıntı yoxdur.
Rusiya Müdafiə Nazirliyi də hadisəni təsdiqləyib və hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib.
Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.