16-08-2023, 12:41 489

“Mübariz Mənsimov-İbadoğlu-FETÖ üçbucağına Azərbaycanın dövlət təhlükəsizliyi kontekstində baxılmalıdır” - RƏY

“Mübariz Mənsimov-İbadoğlu-FETÖ üçbucağına Azərbaycanın dövlət təhlükəsizliyi kontekstində baxılmalıdır”.

Bunu “AVESTA.AZ”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, FETÖ terror təşkilatının nə qədər təhlükəli olduğu Türkiyədə 15 iyul 2016-cı il hadisələrində əyani şəkildə ortaya çıxıb:

“Din pərdəsinə bürünmüş bu şəbəkənin məqsədi dövləti daxildən ələ keçirmək və qlobal güclərin idarəçiliyi altına salmaqdır. Bu məqsəd naminə sivil insanların qətlə yetirməkdən belə çəkinmədikləri bəllidir. FETÖ-nün təkcə Türkiyə üçün yox, mövcud olduğu bütün ölkələr üçün potensial təhlükə olduğu da unudulmamalıdır. 2016-cı ildə Türkiyədəki çevriliş cəhdləri uğursuz olandan sonra şəbəkə “yer altına” çəkildi və “yoxa çıxdıqları” görüntüsünü yaratdı. Bu, onlara yenidən təşkilatlanmaq və hərəkətə keçmək üçün lazım idi. Lakin son dövrdə baş verənlər təsdiq edir ki, FETÖ təhlükəsi var və hər keçən gün daha da artmaqdadır”.

“Birincisi, Türkiyədə FETÖ-ya qarşı keçirilən əməliyyatların sayı bunu təsdiq edir. Rəsmi məlumatlara görə son iki ayda 1000-ə yaxın əməliyyat keçirilib, FETÖ-nün gizli hücrələri ifşa olunub. İkincisi, bir sıra ölkələrdə, xüsusilə Mərkəzi Asiya ölkələrində dövlətə qarşı baş verən hadisələrin arxasında FETÖ izi ilə bağlı məlumatlar var. Üçüncüsü, Azərbaycanda FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyatda partiya sədri Qubad İbadoğlunun bu şəbəkə ilə əlaqələrinə dair detallar ortaya çıxdı”, - siyasi şərhçi qeyd edib.

Asif Nərimanlı
Asif Nərimanlı

Siyasi şərhçi xatırladıb ki, bu kimi hadisələr FETÖ-nün yenidən aktivləşdiyini deməyə əsas verir:

“Lakin əsas diqqətçəkən məqam şəbəkənin taktiki dəyişiklik etməsinə dair müşahidələrdir. Türkiyədə çevriliş cəhdinə qədər FETÖ mövcud olduğu dövlətlərdə milli hakimiyyətlərə qarşı daxildən hərəkət edirdi, amma bu hadisədən sonra Türkiyə və Azərbaycanda olduğu kimi, digər ölkələrdə də şəbəkənin dövlət içindən təmizlənməsi istiqamətində ciddi addımlar atıldı. Məhz bu məqamda FETÖ-nün siyasi müxalifət qanadındakı şəbəkəsini aktivləşdirdiyi, dövlətin ələ keçirilməsi prosesini “seçki”, yaxud “siyasi mübarizə” adı altında həyata keçirdiyini deyə bilərik. Türkiyədə prezident seçkiləri zamanı Məmləkət Partiyasının namizədi Məhərrəm İncəyə qarşı kaset əməliyyatının arxasında FETÖ-nün olması bunu təsdiq etdi. Bu kontekstdə Qubad İbadoğlunun FETÖ əlaqələri ön plana çıxır və belə nəticə çıxır ki, Azərbaycanda dövlət içində zəifləyən FETÖ siyasi müxalifətdəki şəbəkəsini aktivləşdirir”.

A.Nərimanlı vurğulayıb ki, bütün bunların fonunda FETÖ-yə bağlı iş adamları diqqətdən yayınmamalıdır:

“Bilirik ki, azərbaycanlı iş adamları arasında FETÖ-yə yaxınlığı ilə bilinən şəxs Mübariz Mənsimovdur. Hətta buna görə Türkiyədə məhkəmə önünə də çıxmışdı. FETÖ-nün aktivləşdiyi vaxt Azərbaycanla bağlı planlarında Mənsimovu yenidən dövriyyəyə daxil etməyəcəklərinə zəmanət yoxdur. Bu baxımdan, Qubad İbadoğlu-Mübariz Mənsimov-FETÖ üçbucağına, yəni FETÖ-nün siyasi və biznes şəbəkəsinə diqqət etmək lazımdır. Nəzərə alsaq ki, FETÖ-nün hədəfi bütün dövləti ələ keçirməkdir, o zaman, bu məsələyə Azərbaycanın dövlət təhlükəsizliyi kontekstində baxılmalıdır”.

Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR