16-08-2023, 15:55 1000

Təəccübləndirən foto, peşmanlığın izi, dəmir barmaqlıqlar - Bakı İstintaq Təcridxanasından REPOTRAJ

Yəqin ki, cəzaçəkmə müəsisələri və təcridxanaları heç kim arzulamasa da, içəridəki durum hər kəsə maraqlıdır. Elə mənim özümə də. Bu marağı dəf etmək, eləcə də məhkumların peşə bacarıqlarının artırılması məqsədilə start verilən yeni pilot layihənin icrası ilə daha yaxından tanış olmaq üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına yollanırıq.

Qapının girişində olan zaman təcridxananın azadlığa körpü olan əzəmətli darvazası görünür. Adətən, qapılar üzümüzə çıxış yolu kimi açılır. Amma ilk dəfə idi ki, bir qapını açarkən yolun bağlandığını görürəm. Bunu içəri daxil olduqdan sonra dörd divarda əks-səda yaradan darvazanın cəftəsi çəkilərkən daha dərindən hiss edirəm.

Daxilimi bürüyən bu duyğu və Təcridxana əməkdaşlarının müşayiəti ilə otaqlardan birinə doğru irəliləyirəm. Burada dustaqlara bayırdan qanunsuz olaraq müxtəlif vasitələr keçirməyə çalışan şəxslərdən götürülmüş əşyaların fotoları nümayiş etdirilir. Stenddə çərçivəyə salınmış təəccüb doğuran fotolar var. Fotolardan anlaşılan odur ki, əksəriyyət gətirdiyi əşyanı sovqatın içərisində gizlətməyə çalışıb.

Badımcanı, kartofu oyub içərisində yaxınına telefon keçirməyə çalışanlardan tutmuş, digər qadağan olunmuş əşyaları keçirmək istəyənlər. Burada hətta fotorentgen müayinəsi zamanı məhbuslardan birinin düz bağırsağında mobil telefonun aşkarlanmasının da fotosu nümayiş etdirilir.

Növbəti olaraq digər otağa - mətbəxə keçirik. Elan olunur ki, məhkumların peşə bacarıqlarının artırılması məqsədilə yeni pilot layihəyə start verilib. Belə ki, onlar aşpazlıq kurslarına cəlb olunub.

Həmsöhbət olmaq üçün xörək bişirən məhkumlardan birinə yaxınlaşıb adını soruşuram. Müsahibim Qədir Ağayevin 44 yaşı olmasına baxmayaraq üzündə peşmanlığın dərin izləri - qırışları var. Artıq 1 il 2 aydır ki, İstintaq Təcridxanasında məhkumdur, narkotik vasitənin qanunsuz satışı ilə məşğul olmaqda ittiham edilib. Ona 4 il həbs cəzası verilib. Öncə azadlığın onun üçün nə ifadə etdiyini soruşuram, mənə maraqlıdır ki, məhbus həyatı yaşadığı ötən 1 il 2 ay ona nə öyrədib?

Sual dilimdən çıxan kimi, gözləri yaşarır. Bir neçə dəqiqə heç nə danışmır. Sonra qəhərli və zəif səs tonu ilə “bu suala cavab vermək çox çətindir” deyir:

“Burada bizə münasibət və şərait çox yaxşıdır, ancaq heç bir şey azadlığın yerini vermir. 4 il məhbus həyatı yaşamaq dildə asan səslənir, amma ailəndən, övladlarından ayrı sanki bu müddət 44 ilə bərabər olur. 2 övladım var, qızım hazırda nişanlıdır. Az öncə sual verdiniz ki, azadlıq nədir və daha çox hansı məqamda azadlığım üçün darıxıram? Uşaqlarım gözümün qarşısına gələndə çox darıxıram”.

Q.Ağayev sözlərini bitirib gözündən kənarından süzülüb düşən yaşı silir:

“Törətdiyim əmələ görə çox peşmanam. Buraya düşməzdən əvvəl mebel ustası kimi fəaliyyət göstərirdim. İndi isə aşpazlıq kurslarına cəlb olunmuşuq. Bu mənə və digər məhbus yoldaşlarıma çox yaxşı təsir edir. Həm vaxtımız səmərəli keçir, həm də bu işi dərindən öyrənirik".

O deyir ki, zaman keçsin deyə dustaq yoldaşları ilə söhbətlər edir, azadlığa qovuşduqdan sonrakı həyatın xəyallarını qururlar:

"Zamanımızın tez gəlib keçməsi üçün dustaq yoldaşlarımzla deyib-gülür, söhbət edirik. Azadlığa qovuşacağımız gün barəsində danışırıq. Buradan çıxdıqdan sonra yeni həyat qurmağı, bir daha bura geri dönməməyin xəyallarını qururuq".

Q.Ağayevlə söhbətimi bitirib, digər məhkumlardan biri - Nihat Qənbərovla söhbət edirəm:

“Artıq 1 il 5 aydır ki, buradayam. 3 il müddətinə azadlıqdan məhrum edilmişəm. Təkrar dələduzluq, vətəndaşın etibarından sui-istifadə etdiyim üçün cəzalandırılmışam. İnsan buraya düşdüyü ilk günlərdə şokda olur. Ancaq bir müddət sonra öyrəşməyə çalışırsan. Vaxtım səmərəli keçsin deyə aşpazlığı öyrənməyə səy göstərdim, çox sağ olsunlar şərait yaratdılar. Yemək bişirmək azadlıqda olduğum vaxtdan xoşuma gəlib. İndi bu işi daha da təkmilləşdirirəm. 30 yaşım var. Burada azadlığın nə qədər önəmli olduğunu, yanlış əməllərdən uzaq olmağı öyrəndim. Burada olanda insan öyrənir ki, çıxış yolu var imiş. Sadəcə vacib olan o çıxış yolunu tapıb, düzgün yolda getməkdir”.

N.Qənbərov deyir ki, kitab oxumağı çox sevir:

“Təcridxanada geniş kitabxanamız var. Kitab oxumağı çox sevirəm. Xüsəsən Azərbaycan ədəbiyyatını oxuyuram. Elxan Elatlı, Çingiz Abdullayev, Varis Yolçuyevin, qadın yazıçılardan Əzizə Cəfərzadənin əsərləri xoşuma gəlir. İnsanın burda düşünməyə daha çox vaxtı olur, insan daha çox azadlığa çıxıdıqdan sonrakı həyatı haqqında düşünür. Azadlığın nə olduğunu isə televizora baxanda daha yaxşı hiss edirsən. Şəhər görüntüləri göstəriləndə darıxmağa başlayırsan. Ailəm, dostlarım, etdiyim səfərlər üçün darıxıram”.

Məhkumlarla söhbətdən sonra ətrafa göz gəzdirirəm. Mətbəxin divarlarına çəkilmiş maraqlı rəsmlər diqqət çəkir. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirir ki, divarlara çəkilən rəsmlərin hər biri məhkumların öz əl işidir.

Deyəsən, buranın ab-havasındadır. Məni də qəribə düşüncələr və məyusluq hissi bürüyür. İnsanların azadlığın qədrini gec - daşın topuğa dəydi anda dərk etməsinə çox kədərlənirəm. Asta addımlarla girişdəki qapıya yaxınlaşıram. Açılması və bizim bayıra çıxmağımız üçün üçün darvazanın bəndi çəkilir. Mənə elə gəlir ki, bu dəfə bənd çəkilərkən heç bir səs eşidilmir...

Paylaş

Xəbər lenti

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Dünən, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Dünən, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Dünən, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Dünən, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Dünən, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Dünən, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Dünən, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Dünən, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Dünən, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Dünən, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Dünən, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Dünən, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Dünən, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Dünən, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Dünən, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Dünən, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Dünən, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR