21-08-2023, 15:44 568

Bəxtiyar Musayev: “Sabah” – “Neftçi” görüşündəki dinamikanı bütün matçlarda görmək istərdim” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk 3 turu artıq geridə qalıb.

“Zirə” maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirsə, “Qəbələ” xal qazanmayan yeganə komandadır. Bundan başqa, “Sumqayıt” sürpriz şəkildə ilk iki görüşdə qələbə qazanıb. “Neftçi”nin isə hesabında cəmi 2 xal var.

Veteran futbolçu Bəxtiyar Musayev “AVESTA.AZ”a müsahibəsində komandaların çıxışını dəyərləndirib.

- Avrokuboklarla vidalaşan “Sabah” və “Neftçi” Premyer Liqanın III turunda üz-üzə gəldilər. 1:1 hesabından əlavə, mübarizə gözlədiyiniz kimi oldu?
- Maraqlı, dinamik oyun oldu. Hər iki komanda sürətli çıxış etməyə çalışdı. Bəzi texniki səhvlər olsa da, sürət xoşuma gəldi. “Sabah” ilk dəqiqələrdən çox inamlı idi, “Neftçi”yə göz açmağa imkan vermədi. Sonradan hər iki komandanın müəyyən dəqiqələrdə ərazi üstünlüyü oldu. Heç-heçəni ədalətli nəticə saymaq mümkündür.

- İlk üç turda 2 xal toplayan “Neftçi” tarixində ikinci dəfə ən uğursuz startla yadda qalıb. Bu xal itkiləri çempionluğa iddialı komandaya problem yaratmayacaq?
- Mütləq başağrı olacaq. Açığı, “Neftçi”də çempionluq iddiasına yaxın oyun görmürəm. Klubun belə bir hədəfi ola bilər. Amma sərgilənən oyun “Neftçi”nin bu mövsüm “Qarabağ”la çempionluq və ya “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağından xəbər vermir. İlk üç tura nəzər yetirdikdə, “Kəpəz” və “Səbail” aşkar autsayder kimi çıxış edir. “Kəpəz”i başa düşmək olar, baş məşqçiləri yenidir, büdcələri digərlərindən azdır. “Neftçi”nin bu iki komanda üzərində qələbə qazanmaması gələcəkdə böyük fəsadlar törədəcək.

- “Səbail”i aşkar autsayder adlandırdınız. Halbuki yay fasiləsində heyətdə edilən köklü dəyişikliklərlə mövsümə iddialı başladılar. Bu komandanın uğursuzluğuna səbəb nədir?
- Ümid edirəm ki, gələcək oyunlarda toparlanarlar. Ancaq ümumi götürdükdə, yeni gələn futbolçuların keyfiyyəti yaxşı görünmür. Oyun planındada nə etmək istədikləri hələ bilinmir. “Səbail”ə yerli məşqçi rəhbərlik edir. İnanmaq istəyirəm ki, orada vəziyyəti yaxşılığa doğru dəyişə biləcək. Amma bu istiqamətdə qığılcım görmürəm.

- “Zirə” və “Sumqayıt”ın belə parlaq startı sizin üçün sürpriz olmadı?
- “Zirə”dən bunu gözləməyə dəyərdi. Çünki yaxşı komanda formalaşdırıblar və öz oyun üslubları var. Hücumda daha kəsərli ola bilsələr, seriyalarını davam etdirərlər. “Zirə”də hər kəs öz funksiyasını bilir. Oradakı futbolçuların keyfiyyəti də yüksəkdir. “Sumqayıt” ilk iki matçında qələbə qazansa da, hələ tam gözlənilən formada deyil. “Səbail”lə görüşün birinci hissəsində inamlı idilər. “Qəbələ”ni məğlub etsələr də, rəqib çox qol imkanı qazandı. “Sumqayıt” üçün bu tempi qorumaq asan olmayacaq.

- Ötən mövsüm uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ” bu dəfə fərqli qrafik cızır. “Qırmızı-qaralar”ın ilk üç turda xalsız qalması sizi təəccübləndirmədi?
- “Qəbələ”yə bu mövsüm çətin olacaq. Səhv etmirəmsə, əsas heyətin 7-8 üzvü komandanı tərk etdi. Demək olar ki, hər mövqe üzrə lider oyunçular getdilər. Xüsusən də, hücum xətti tamamilə dəyişdi. Bu üzdən “Qəbələ”də görüləcək işlər çoxdur. Yeni gələnlər gedənləri hələ əvəz edə bilmirlər, bir-birilərini başa düşmürlər. Elmar Baxşıyev ötən mövsüm yaxşı işlər görmüşdü. Ümid edirəm ki, qısa zamanda kollektivi bu durumdan çıxarar. Hələlik komandada qeyri-sabitlikdir.

- Söhbətin əvvəlində “Qarabağ”ın çempionluğa, “Sabah”ın isə ikinci yerə iddia edəcəyini dediniz. İndidən Ağdam klubunu çempion hesab edirsiniz?
- “Qarabağ”ın getdikcə daha da artıracağını düşünürəm. Komanda gücünün hələ 70-80 faizini göstərir. Onlar həmişə yavaş-yavaş forma yığırlar. Üstəlik, bu mövsüm kifayət qədər zəngin heyətləri var. Görünən odur ki, “Qarabağ” çempionluğa əsas namizəddir. “Sabah” müəyyən tura qədər “Qarabağ”a çətinlik yarada bilər. Ümumi götürdükdə, “Qarabağ”ı daha əzəmətli görürəm.

- Adlarını çəkmədiyiniz komandalardan “Turan Tovuz” yenə mövsümə uğurlu başladı, “Araz-Naxçıvan” isə hələ ki, pis təsir bağışlamır. Bu klublardan nə gözləyirsiniz?
- “Araz-Naxçıvan” “Qarabağ” önündə kifayət qədər inamlı çıxış etdi. Matça əlavə olunmuş dəqiqələrdə qol buraxaraq uduzdular. Onu da unutmayaq ki, “Qarabağ” avrokuboklarda çıxış etməyən heyəti meydana buraxmışdı. Deyə bilərsiniz ki, onların iki güclü heyətləri var. Ancaq əsas heyət və onlarla rəqabət aparan oyunçuların yeri başqadır. “Qarabağ” ardıcıl üç turdur ki, ehtiyat qüvvə ilə meyana çıxır ki, bu da müəyyən problemlərə yol açır. O ki qaldı “Turan Tovuz”a, Ayxan Abbasov orada uğurlu işlər görür. Əsas odur ki, komanda meydanda nə istədiyini bilir. Onların da heyətində ciddi dəyişikliklər oldu. Amma yeni gələnlər baş məşqçinin fəlsəfəsini qavrayırlar. Oyun dəst-xətti olan komanda müəyyən uğurlar da qazanır. “Turan Tovuz”un çıxışını qənaətbəxş sayıram.

- İlk üç tura əsasən ən çox nələr diqqətinizi çəkdi?
- Oyun keyfiyyətinin daha yaxşı olmasını istərdim. Məsələn, “Sabah” – “Neftçi” görüşündəki dinamikanı bütün matçlarda görmək istərdim. Temp yüksək olanda avrokuboklardakı komandalarımız oradakı sürətə uyğunlaşa biləcəklər. Təəssüf ki, çempionatın əksər görüşlərində sürət aşağı olur. Bunda hakimlərin də “əməyini” qeyd etmək istərdim. Həddən artıq lazımsız fit verirlər. Bu da çempionatın daha maraqlı keçməsinə mane olur. Çox oyunlarda yersiz fit çalmalar, uzun fasilələr çempionatın dinamikasını “öldürür”. Xüsusən də, ötən mövsüm VAR-a görə fasilələr uzun olurdu. Həmçinin, oyunların çəkilişindən də çox şey asılıdır. Bu məsələ VAR-da oturan hakimlərə problem yaradır. Hətta telekanalın operatorundan tutmuş, futbolçuya qədər, hər kəsin çempionatın sürətinə təsiri var. Bu baxımdan futbol sahəsində çalışan insanlar daha peşəkar iş ortaya qoysalar, futbolçumuzun da inkişafı sürətli olar.

Paylaş

Xəbər lenti

Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Dünən, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Dünən, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Dünən, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Dünən, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Dünən, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Dünən, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Dünən, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Dünən, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Dünən, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Dünən, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Dünən, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Dünən, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Dünən, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Dünən, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Dünən, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Dünən, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Dünən, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Dünən, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Dünən, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR