
Abşeron rayonunda kişi özünə bıçaqla xəsarət yetirərək intihar edib.
"AVESTA.AZ"un xəbərinə görə, hadisə bu gün saat 01 radələrində Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü E.Həsənov kirayədə yaşadığı mənzildə özünü bıçaqlayaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.