
İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Bu barədə Manşet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.