
ABŞ-də gecə klubunda atışma olub, ölənlər var.
“AVESTA.AZ” CNN-ə istinadən xəbər verir ki, hadisə Alabama ştatının Birmingem şəhərində qeydə alınıb.
Məlumata görə, atışma nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Hadisə zamanı habelə kluba hücum zamanı yaralananları daşıyan avtomobilə də atəş açılıb.
Cinayəti törədən şəxslər qaçıblar, hazırda onların axtarışı aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.