7-09-2023, 20:46 513

Türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı ilə tanış olub

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə tanış olub.

"AVESTA.AZ" xəbər verir ki, bu, Türkiyənin daxili işlər nazirinin Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşündən sonra baş tutub.

K.Heydərov bildirib ki, iki qardaş ölkə arasında münasibətlər dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi uzaqgörənliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu əməkdaşlıq bütün sahələrdə ildən-ilə genişlənir. Həm 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, həm də 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, həmçinin bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamını xatırladan nazir, bu istiqamətdə qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə K.Heydərov qardaş ölkənin nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Bakıda keçirilən Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərin İkinci İclasında, habelə iclas çərçivəsində təşkil olunan beynəlxalq təlimdə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qüvvələrinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Türkiyənin aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq əlaqələri daim genişlənməkdədir. Türkiyə daxili işlər nazirinin ölkəmizə səfərinin qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə xüsusi töhvə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimizin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi və beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etməyə hazırlığının daha da yüksəldilməsi istiqamətində AFAD-la birgə təşkil edilən təlimlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ə.Yerlikaya Türkiyədə baş vermiş təbii fəlakətlər, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyini xatırladıb. İki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edən türkiyəli nazir Bakıda təşkil edilmiş Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının istər ikitərəfli, istərsə də çoxtərəfli formatda münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bu mənada, iclas çərçivəsində təşkil olunmuş beynəlxalq təlimin gələcəkdə baş verə biləcək irimiqyaslı fövqəladə hadisələrlə birgə koordinasiyalı mübarizə üçün mühüm töhvə verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

Görüşdən sonra türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olub.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR