Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Masallı rayonunda 25 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Musaküçə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimov yaralı halda, təcili yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətlin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.