19-09-2023, 11:46 138

Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdimatı keçirilib.

“Report” xəbər verir ki, dünyanı fəth edən baletin nümayişi ilə həm də 18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

“Məhəbbət əfsanəsi” iki gün - sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında təqdim edilir. Bu möhtəşəm təqdimat ecazkar musiqi, səhnə quruluşu və tərtibatı ilə Milli Musiqi Günündə tamaşaçılar üçün ən gözəl hədiyyədir.
Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib. Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub.
Qeyd edək ki, Bakıdakı bu musiqi bayramına - “Məhəbbət əfsanəsi” baletinin təqdimatını işləmək üçün digər ölkələrdən qonaqlar da gəliblər. Onların arasında İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyaca məşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze də var.

Rusiyanın Xalq artisti, dünyaşöhrətli balet artisti Nikolay Tsiskaridze tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”ndə oynadığı roldan danışaraq deyib: “Mən bu tamaşanın əsas ifaçılarından biri olmuşam. Böyük Teatrda işlədiyim dövrdə “Məhəbbət əfsanəsi" baletində rol almaq çətin idi. Çünki bu, bir tərəfdən virtuoz, digər tərəfdən isə ən vacib ulduzların çıxış etdiyi tamaşadır. Bu rolu çox erkən yaşda almaq mənim üçün çox qürurverici idi. Bir neçə dəfə bəstəkarın (Arif Məlikov – red.) gözü qarşısında rəqs etmək şansım oldu. Bu, mənim üçün ən böyük mükafatlardan biri idi. Bu gün burada olmağımın səbəbi bənzərsiz bəstəkara olan sevgimdir. Hesab edirəm ki, bu, dünya musiqi mədəniyyətində balet üçün yazılmış möhtəşəm partituralardan biridir. Çox xoşbəxtəm ki, bu balet Arif Məlikovun vətənində - Azərbaycanda səhnəyə qoyulur”.

“Məhəbbət əfsanəsi”nin Heydər Əliyev Sarayındakı budəfəki təqdimatına uzun müddətdir hazırlıqlar görülürdü və artıq bir aydan çox idi məşqlər gedirdi.

Tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib. Belə ki, tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də yer alıb.

Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov açıblar.

F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını vurğulayaraq bildirib: “1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda mənim 16 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet böyük uğur qazandı və demək olar bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa yenidən Bakıda nümayiş olundu”.

Səhnədə şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov səhnə əsəri haqqında fikirlərini jurnalistlərlə bölüşüb: “Bu gün bizim üçün tarixi bir gündür. Belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdaram. Əminəm ki, unudulmuş bir əsərin yerli truppamızın iştirakı ilə Azərbaycan səhnəsinə qayıdışı sonuncu olmayacaq”.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı), 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Haqlı olaraq şedevr adlandırılan bu baletin quruluşçu rejissoru Yuri Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Tsvetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin əsrarəngiz musiqisi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Səhnə əsərinin quruluşçu baletmeysterləri Yuri Qriqoroviçin assistentləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Oksana Tsvetnitskaya “Məhəbbət əfsanəsi” baletinin ilk dəfə Rusiyada səhnəyə qoyulduğunu və 1961-ci ildə Leninqrad Teatrında baş tutan ilk tamaşa ilə Azərbaycan arasındakı əlaqəni vurğulayaraq dedilər: “Məhz buna görə də həm Azərbaycan, həm də Rusiya balet rəqqasları ilə işləmək ideyası yarandı. Bu, həmçinin qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkandır”.

Tamaşanın əsas rollarının ifaçıları Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin və Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova jurnalistlərə müsahibələrində səhnə əsəri ilə bağlı fikirlərlə bölüşüblər. “Tamaşa çox yaxşı keçdi. Şadam ki, Denislə Bakıya gəldim, bu möhtəşəm tamaşanın premyerasını rəqs etdim”, - deyə Mariya Vinoqradova qeyd edib.

Bakıya səfər etməsindən məmnunluğunu bildirən Denis Rodkin isə qeyd edib: “Bakıda olmaq mənim üçün çox xoşdur. Çünki bura görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun Vətənidir. 2014-cü ildə Yuri Qriqoroviç "Məhəbbət əfsanəsi"nin yeni redaksiyası üzərində çalışarkən onunla şəxsən işləmək şansım oldu. Onu da qeyd etmək istərdim ki, Bakıda orkestr fərqli səslənir. Çünki doğma divarlar arasında səslənir. Azərbaycanda tamaşaçısı çıxışımızı yüksək qiymətləndirdi”.

Qeyd edək ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli Lider Heydər Əliyev görkəmli bəstəkar Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb Bu gün, 14:45 Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb Bu gün, 14:32 Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb Bu gün, 14:32 “Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı müəyyənləşib Bu gün, 14:23 II Şuşa Qlobal Media Forumu başa çatıb Bu gün, 14:21 Prezidentin Qlobal Media Forumda çıxışı - regionla bağlı güclərə ismarışlar - ŞƏRH Bu gün, 14:20 Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib Bu gün, 14:14 Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib Bu gün, 14:12 Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib Bu gün, 13:57 Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq Bu gün, 13:57 Bakı sakinlərinin liftdəki "Sirat körpüsü": Yerlə göy arasında bir kvadrat metrlik "məzar" - VİDEO Bu gün, 13:57 Konfrans Liqası: “Sumqayıt” – “Fehervar” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib Bu gün, 13:55 Elnur Soltanov: Neft-qaz istehsalçılarını tənqid edənlər onu almaqdan könüllü imtina edə bilərlər Bu gün, 13:47 Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub Bu gün, 13:41 Vyetnamda ikigünlük matəm elan olunub Bu gün, 13:40 AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək Bu gün, 13:38 Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaları uzadıb Bu gün, 13:31 Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb Bu gün, 12:57 Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB Bu gün, 12:57 Macarıstan klubu "Sumqayıt"la oyun üçün Bakıya 50 azarkeş gətirəcək Bu gün, 12:49 COP29 Fəaliyyət Gündəliyi Təşəbbüsləri açıqlanıb Bu gün, 12:47 Son altı ayda 8 prokurorluq işçisi cəzalandırılıb Bu gün, 12:43 Kobaxidze: Gürcüstan siyasətində “qara pullar" var Bu gün, 12:40 İnam Kərimov: Məhkəmələr seçkilərdə üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır Bu gün, 11:58 II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV Bu gün, 11:58 Baş Prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib Bu gün, 11:57 AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib Bu gün, 11:53 Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb Bu gün, 10:56 Azərbaycan komandalarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq Bu gün, 10:55 BDYPİ-dən müraciət: Uzaq məsafə qət edən sürücülər istirahət etməlidir Bu gün, 10:48 Azərbaycanda 15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib Bu gün, 10:48 Nazir müavini: "Radio yayımında təkmilləşdirmə işləri yaxın aylarda tam yekunlaşdırılacaq" Bu gün, 10:46 Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək Bu gün, 10:45 Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib Bu gün, 10:45 Azərbaycan 3 ölkə ilə “Xəzər-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutu yaradacaq Bu gün, 10:39 Dövlət Ehtiyatları Agentliyi auditor seçir Bu gün, 10:38 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sığorta xərcini 29 % artırıb Bu gün, 10:37 ŞKTC parlamentinin sədri: Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır Bu gün, 09:57 Şərqi Avropada bütün dövrlərin ən yaxşı futbolçularının siyahısı açıqlanıb Bu gün, 09:53 COP28: Bakıya gedən yolda BƏƏ Konsensusunun həyata keçirilməsinə təkan verməliyik Bu gün, 09:52 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kredit ödənişini 11 % artırıb Bu gün, 09:51 Bakıda avtomobil körpəni vuraraq öldürüb Bu gün, 09:42 "Ağdaş" futbol klubunun prezidenti çayda boğularaq ölüb Bu gün, 09:39 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb Bu gün, 09:39 Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 09:36 "Aston Villa"nın futbolçusu Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib Bu gün, 09:35 ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub Bu gün, 07:42 ABŞ-də atışma zamanı üç nəfər ölüb, 16 nəfər xəsarət alıb Bu gün, 07:29

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR