Qazaxıstan rəhbərliyi Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT Mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Asiya və ABŞ dövlət başçılarının görüşündə iştirakının yekunu ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti
“Qazaxıstan Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin regional mərkəzinin yaradılmasında ABŞ-nin dəstəyinə ümid edir”, - məlumatda deyilib.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.
Müzakirə zamanı Mərkəzi Asiya ölkələrinin və ABŞ-nin liderləri təhlükəsizlik problemlərinin, o cümlədən kibertəhlükələrin, terrorçuluğun, zorakı ekstremizmin, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinin həllində əməkdaşlığın gücləndirilməsi perspektivlərinə toxunublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.