26-09-2023, 10:54 564

Azərbaycan Premyer Liqasının VII turunda "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyun "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev üçün əlamətdar olub.

Azərbaycan çempionatlarında 250-ci matçına çıxan 30 yaşlı müdafiəçi yubiley görüşü və qarşıdakı hədəfləri ilə bağlı "Report"un suallarını cavablandırıb.

- "Sumqayıt"la heç-heçə etdiyiniz qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Ağır oyun olacağını bilirdik. Rəqibə və bizə xallar lazım idi. Onlar əvvəlki matçda məğlub olmuşdular. Hər iki komanda xal qazanmağa çalışırdı. Bizim daha çox qol şansımız oldu. Amma səfərdə bir xal da pis nəticə deyil.

- Bu matç sizin üçün əlamətdar oldu. Çempionatda 250-ci qarşılaşmaya çıxdınız. Təəssüratlarınız necədir?
- Sözün düzü, oyun günü məlumatım yox idi. Bu gün mətbuatdan oxudum. Bir müddət zədəyə görə futboldan kənarda qalmışam. Bəlkə də daha çox matç ola bilərdi. Karyeram ərzində bu sayı artırmağa çalışacağam. Bu rəqəmə çatmaq gözəl hissdir.

- Bu rəqəmi artırmaq istədiyinizi dediniz. Rahid Əmirquliyevin 451 oyunluq rekordunu qırmaq ağlınızdan keçir?
- Rahid Azərbaycan futbolunun korifeyidir (gülür). Hamıya zədəsiz futbol arzulayıram. Bir ildən çox futbol oynamamışam. Amma belə hallar qaçılmazdı. Nə qədər nəsib olsa, o qədər də oynayacağam. Amma düşünürəm ki, bundan sonra Rahidin rekordunu heç kim qıra bilməyəcək.

- Ümumiyyətlə, neçə il futbol oynamağı qarşınıza məqsəd qoymusunuz?
- Bu barədə hansısa plan qurmamışam. Nə qədər gücüm var və komandama kömək edə bilirəmsə, oynamağa çalışacağam. Bunu gələcək göstərəcək.

- "Turan Tovuz" 7 turdan sonra 11 xalla 4-cü pillədə qərarlaşıb. Mövsüm başlayanda belə start gözləyirdiniz?
- 13 və 15 xal da ola bilərdi (gülür). Qarşılaşmalardan sonra deyirik ki, hansısa səhvi etməsəydik, daha çox xalımız ola bilərdi. Hər oyuna çıxanda xal və xallar qazanmağa çalışırıq. Qələbə qazana bilmiriksə, məğlub olmamaq üçün mübarizə aparırıq. Çempionatın sonunda hamımız nəticəni görəcəyik. Mövsümə pis başlamamışıq və bunun davamını gətirmək istəyirik.

- Bu mövsüm maksimum hədəf nə ola bilər? Avrokubok üçün oynaya bilərsiniz?
- Qarşımıza hansısa məqsəd qoyulmayıb. Amma hər oyunçu yaxşı nəticələr qazanmaq istəyir. Premyer Liqamızdakı bütün komandalar güclənib. Hər kəs bir-birindən xal ala bilir. Mövsüm çox ağır keçir. Çoxları avrokuboklara vəsiqə qazanmaq niyyətindədirlər. Mayda avrokuboklara gedib-getməyəcəyimizi görəcəyik.

- Növbəti turda "Neftçi"ni qəbul edəcəksiniz. Rəqib də yaxşı durumda deyil. Bu oyun haqqında nə deyə bilərsiniz?
- "Neftçi" ölkənin flaqmanıdır. Onların son oyunlarını izlədik. Yaxşı çıxış edirdilər. Premyer Liqaya yaxşı start verməyiblər. Amma çempionluğa oynayırlar və geniş heyətləri var. Bizi çox ağır oyun gözləyir. Yaxşı nəticə ilə azarkeşləri sevindirməyə çalışacağıq.

- Mövsümün sonunda klubla müqavilənizin müddəti başa çatır. Nəticədən asılı olmayaraq Tovuz təmsilçisində qalmaq istəyirsiniz?
- Bu barədə hələlik düşünməmişəm. Hər matça çıxanda komandaya xeyir verməyə çalışıram. Futbolçu bir yerdə xoşbəxtdirsə, orada qalmaq istəyər. Bu məsələni daha sonra danışacağıq.

Paylaş

Xəbər lenti

Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər Bu gün, 09:48 Aziz Yıldırım: İsmail Kartal vəzifəsinin başındadır Bu gün, 09:48 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır Bu gün, 09:48 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək Bu gün, 09:48 "Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri Bu gün, 09:48 Bu gün şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür Bu gün, 09:48 Azərbaycan nefti 120 dollarlıq həddə yaxınlaşdı Bu gün, 09:48 Bloger Arifə Məmmədova kanatda qaldı Bu gün, 09:48 11 sentyabr hadisələrindən 25 il ötür Bu gün, 09:48 Rusiyalı qadın ABŞ-yə uçan təyyarədə qalmaqal yaratdı Bu gün, 09:48 Bakı və Abşeronun bəzi ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 "Fənərbağça" "Roma" ilə bərabərə qalıb Bu gün, 08:48 Dambrauskas: "Mançester Yunayted"ə məğlubiyyət böyük təcrübədir" Bu gün, 08:48 Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır" Bu gün, 08:48 İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi: Qədim küçələrdə gizlənən sirlər Bu gün, 08:48 Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər Bu gün, 01:48 "Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda fasiləyə məğlub yollanıb - CANLI YAYIM Bu gün, 00:48 Brent neftinin qiyməti 108 dolları ötüb Bu gün, 00:48 BÖlüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər Bu gün, 00:48 Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr postu uğrunda RƏQABƏT: Yeni namizəd irəli sürüldü Dünən, 23:48 İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb Dünən, 23:48 Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Mançester Yunayted" "Sabah"la oyunda hesabı açıb - CANLI YAYIM Dünən, 23:48 İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər Dünən, 23:48 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar Dünən, 23:48 Bakı dayanacaqları ilə bağlı ŞOK RƏQƏM: Yarısı standartlara cavab vermir? Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Dünən, 22:48 Azərbaycanda ata oğlunun toyunda həbs olundu Dünən, 22:48 İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib Dünən, 22:48 İsxak Hersoq Livan prezidenti ilə Kiprdə danışıqlar aparmağı təklif edib Dünən, 22:48 Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir Dünən, 22:48 CENTCOM İranın blokadası çərçivəsində 96 gəmini başqa istiqamətə yönləndirib Dünən, 22:48 Şəmkirdə istixanada yanğın baş verib Dünən, 21:48 Badamdarda dörd aydır bağlı qalan yol: Nə təmir var, nə də bərpa Dünən, 21:48 AFFA prezidenti Rövşən Nəcəf "Sabah"a Çempionlar Liqasında uğurlar arzulayıb Dünən, 21:48 Paytaxtda sürücülərin nəzərinə: Yol təmirə bağlandı, alternativ marşrutda sıxlıq yarandı Dünən, 21:48 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib Dünən, 21:48 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ Dünən, 20:48 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında "Mançester Yunayted"ə böyük hesabla uduzub Dünən, 20:48 Türkiyəli nazir: Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir Dünən, 20:48 Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb... Dünən, 20:48 ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? Dünən, 20:48 TDT ölkələri arasında cinayətkarlıqla mübarizə üzrə məlumat mübadiləsi genişləndirilir Dünən, 19:48 Fiziki məhdudiyyətli körpəsindən imtina edən ana ilə bağlı şübhəli məqamlar Dünən, 19:48 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır Dünən, 19:48 Yuri Qusev: "Azərbaycan biznesinin Ukraynanın bərpasında iştirakı perspektivlidir" Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR