
Keçmiş Ağdərə rayonunun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.
"AVESTA.AZ" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
“Hazırda düşmən bayrağı endirildi, Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır”, - deyə hərbçilərdən biri qeyd edib.
Bayraq qaldırıldıqdan sonra hərbçilər “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.