26-09-2023, 16:22 538

"Azərbaycan reinteqrasiya prosesinin çevik və intensiv şəkildə reallaşması üçün bütün tədbirləri görür".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, lokal antiterror tədbirləri regionda separatizmə həlledici zərbə vursa da, qarşıda reinteqrasiya prosesinin reallaşdırılması istiqamətində ciddi vəzifələr dayanmaqdadır: "Cari təmaslar onu deməyə əsas verir ki, Qarabağda qalaraq Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilər reinteqrasiya prosesinin əleyhinə deyil, əksinə, hərbi xuntanın girovluğundan qurtulan erməniəsilli sakinlər məmnuniyyətlə Azərbaycan vətəndaşlığı üçün müraciət edirlər. Azərbaycan isə reinteqrasiya prosesinin çevik və intensiv şəkildə reallaşması üçün bütün tədbirləri görür. Lakin 30 il müharibə şəraitində yaşamış toplumların reinteqrasiyası üçün yalnız dövlət tərəfindən həyata keçirilən inzibati mahiyyətli tədbirlər kafi deyil. Bu mənada prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi, vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması vacibdir. Lakin Qarabağda formalaşacaq institutlar, ilk növbədə, praqmatik şəxslərdən təşkil olunmalı, bu insanlar regionda fəlakətlərə yol açmış uydurma erməni miflərinin və saxtakar iddiaların təsirlərindən azad düşüncəyə sahib olmalıdırlar. İlk növbədə, onlar özləri reinteqrasiyanın yeganə şərt olduğunu dərk etməli, Qarabağın erməni sakinlərinin gələcəyinin yalnız Azərbaycan cəmiyyətinin bir hissəsi kimi mümkünlüyünü anlamalıdırlar. Bu gün əminliklə demək olar ki, ermənilərin Azərbaycan cəmiyyətinin bir hissəsi kimi yaşaması və mövcud tərəqqidən faydalanması önündə heç bir maneə yoxdur. Azərbaycan dövləti və cəmiyyətinin hədəfində heç vaxt "erməni" amili olmayıb. Biz ermənilərlə yox, etnik separatizm meyilləri, işğal və təcavüzlə mübarizə aparıb zəfər qazanmışıq".

Milli Məclisin üzvü bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət edərkən də ifadə etdiyi kimi, "Bütün haqsızlıqlara, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq": "Bu, qalib Lider tərəfindən ermənilərə ən ali səviyyədə verilən şansdır və Azərbaycan Prezidenti də niyyətində kifayət qədər səmimidir. Cari situasiyada Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi də məhz Azərbaycanın irəliyə baxdığını, dövlətimizin prosesdə qərarlı olduğunu göstərir. Reinteqrasiyaya start verildiyi indiki həssas mərhələdə Qarabağ ermənilərinin nümayəndələrinin Bakı və digər şəhərlərimizdə birbaşa təmaslarının isə etimad mühitinin formalaşması üçün çox səmərəli vasitə olacağı şübhə doğurmur. Bu mənada Qarabağda yaşamaq istəyən erməniəsilli insanlar şansı buraxmamalı, prosesə açıq gözlə baxmalıdır".

B.Məhərrəmov vurğulayıb ki, antiterror tədbirlərinin gedişində və sonrakı dövrdə Azərbaycan hərbçiləri və polisinin davranışları da cəmiyyətin buna hazır olduğunu göstərir: "Xocalıdan ayaqyalın, don vurmuş, yarımcan halda qaçmağı bacaranlardan fərqli olaraq, Qarabağda yaşamaq istəməyib köçənlərə göstərilən münasibət, onların gedişinin komfortlu formada təşkili, qocalara və xəstələrə ləyaqətli davranış bizim etnik düşmənçilik niyyətimizin olmadığını göstərir. Əksinə, rəsmi Bakı dayanıqlı birgəyaşayış və qarşılıqlı etimad mühitini təmin etmək üçün əlavə tədbir kimi humanitar fəaliyyətin birgə həyata keçirilməsini, Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə xidmətin təşkilini əlavə imkan kimi məqbul hesab edir. Yəni Azərbaycanın reinteqrasiya təşviqatı kosmetik təbliğat tədbirlərini yox, köklü və dayanıqlı addımların reallaşdırılmasını nəzərdə tutur. Üstəlik, daha effektiv nəticə və davamlı sabit birgəyaşayış üçün inklüziv yanaşmaya hazırıq. Erməniəsilli sakinlərimiz də ötən 30 illik perioda nəzər salaraq bu tarixi şansı qaçırmamalıdır".

Paylaş

Xəbər lenti

Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Bu gün, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Bu gün, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Bu gün, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Bu gün, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Bu gün, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Bu gün, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR