27-09-2023, 15:44 617

Konstitusiya Məhkəməsinin sədri və hakimlər Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Sentyabrın 27-də Konstitusiya Məhkəməsinin (KM) sədri, hakimləri və Aparatın məsul əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

"AVESTA.AZ"un xəbərinə görə, daha sonra məhkəmənin binasında Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Diqqətə çatdırılıb ki, həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatını başlanıldı. 44 günlük müharibənin nəticəsində uzun illər düşmən işğalı altında olan torpaqlarımız azad edildi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Şanlı Zəfərimizin başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.

Sədr bildirib ki, 44 gün ərzində Qələbə qazanmağımız ilk öncə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi. Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir silahla təchiz edilmiş rəşadətli Ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və uzun illər davam edən işğala son qoyulmasına nail olundu. 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsini təsdiqləyən üçtərəfli bəyanat imzalandı.

Xüsusilə vurğulanıb ki, sentyabrın 20-də Qarabağda ermənilərin növbəti təxribatlarının qarşısını almaq üçün və Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatı keçirilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun hazırladığı antiterror tədbirləri çox yüksək peşəkarlıqla həyata keçirildi və qarşıya qoyulan məqsədləri ən qısa zamanda dəqiqliklə icra etdi. Nəticədə Azərbaycan ordusu 24 saat ərzində 90-dan artıq strateji əhəmiyyətli mövqeni qazandı və qarşı tərəf şərtləri qəbul edib, “ağ bayraq” qaldırdı. Bununla da Azərbaycan ordusu növbəti dəfə müasir hərb tarixinə öz adını bu şanlı Qələbə ilə qızılı hərflərlə yazmış oldu.

Sədr qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və sonradan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ordu qurulucuğu siyasəti nəticəsində Silahlı Qüvvələrimiz ən müasir silahlar, döyüş texnikası ilə təchiz olunub. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından Azərbaycan Ordusu dəfələrlə düşmən ordusunu qabaqlayaraq, öz gücü və qüdrətini ərazi bütövlüyümüz uğrunda gedən haqlı mübarizəmizdə düşmənin tapdağından azad olunmuş torpaqlarımızda sübut etdi.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Naxçıvanda keçirilmiş görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Azərbaycanın dövlət başçısı mətbuata bəyanatında qeyd edib: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etdi. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazilərində bərpa olunması məhz Azərbaycan Əsas Qanunun müəllifi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf olması isə rəmzi xarakter daşıyır.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsi bunu bir daha sübut edir.

Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir, şəhid və qazi ailələrinə xüsusi həssaslıq, qayğı və mərhəmət hissi ilə yanaşılır, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.

Qeyd olunub ki, bu tarixi Qələbə ilə hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etməsinin göstəricisidir.

Tədbirin sonunda Fərhad Abdullayev bildirib ki, xalqımız hər zaman 27 Sentyabr – Anım günü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!

Paylaş

Xəbər lenti

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Dünən, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Dünən, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Dünən, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Dünən, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Dünən, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Dünən, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Dünən, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Dünən, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Dünən, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Dünən, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Dünən, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Dünən, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Dünən, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Dünən, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Dünən, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Dünən, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Dünən, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Dünən, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Dünən, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Dünən, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Dünən, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Dünən, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Dünən, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Dünən, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Dünən, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Dünən, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Dünən, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR