13-08-2022, 09:37 865

Rusiyanın nəzarətində olan Ağanus kəndi ermənilərin yeni müzakirə obyektinə dönüb…
“10 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra Laçın rayonunun Ağanus kəndi Azərbaycan ordusunun nəzarətinə qaytarılmayıb və Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasına daxil edilb. Bu Rusiya MN-in xəritəsində də aydın görünür...”
 
“Azərbaycana verilmiş Ağanus kəndinin erməni tərəfinə qaytarılacağı təqdirdə onun sakinləri öz evlərinə qayıdacaqlarmı?”
Moderator.az xəbər verir ki, Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış hayların həmin kənddən çıxarılacağı məsələsi qətiləşdikdən sonra eyni rayonun Mığıdərə, Unannovu, Ərəb, Malxələf, Dəyirmanyanı və s. kimi kəndlərinə də toxunan belə suallar erməni mediasında  müzakirə olunmaqda davam edir. Hətta bu kəndlərin ermənilər tərəfindən məskunlaşdırılacağından danışılır...
 
Bu dəfə belə başlıq altında Ermənistanın News.am saytında material dərc olunub və onu “ArmenianReport” kimi aparıcı erməni saytları ermənicə və rusca tirajlayıb.
 
 
“Ağanus kəndinin sakinləri 44 günlük müharibədən sonra Azərbaycana verilmiş kəndin Ermənistan tərəfinə qaytarıla biləcəyinə şübhə ilə yanaşır”.
Material bu cümlə ilə başlayır.
 
Azərbaycan saytlarının eyni material əsasında tərcümə edib hazırladığı yazıda isə belə deyilir:
 
"2020-ci ilin dekabrında Laçının Ağanus kəndini tərk etmiş ermənilər Qarabağa dönmək istəmirlər.
Xatırladaq ki, bir neçə gün öncə separatçıların "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan mətbuata açıqlamasında bildirib ki, yeni Laçın yolu işə düşəndən sonra Ağanus kəndi ermənilərin nəzarətinə qaytarılacaq: "Ağanus icmasının ərazisi dəhlizə qayıdır. Azərbaycanın nəzarətindən çıxacaq, amma 44 günlük müharibə zamanı orada yaşayan ermənilər kəndi yandırıb talan ediblər".
 
Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərindəki evlərin yandırılmasının əleyhinə olduğunu bildirib.
 
Qeyd edək ki, Ağanus kəndi 44 günlük müharibənin bitməsindən bir neçə gün sonra, dekabrın 1-də Azərbaycanın nəzarətinə keçib. Müharibə zamanı təxliyə edilmiş kəndin 102 sakini var idi. Onların əksəriyyəti Ermənistanda məskunlaşıb.
 
Ağanus icmasının rəhbəri Artak Abrahamyan sakinlərin kəndə qayıtmaq istəmədiklərini bildirib: "Sakinlərin Ağanusa qayıtmasından danışmaq hələ tezdir. Sakinlər 1994-cü ildən 44 günlük müharibəyə qədər aldadılıb, hazırda heç kimin geri qayıtmaq fikri yoxdur. Bu gün Qarabağa köçürülmüş digər ermənilər oradan çıxarılır. Biz ora necə dönə bilərik?"
 
Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir…
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub”.
 
Əvvəla, artıq bir sıra Azərbaycan saytlarının da erməni nəşrlərindən kopiyalayıb tərcümə etdikləri yanlış bir məqam ondan ibarətdir ki,  44 günlük müharibədən, başqa sözlə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra Laçın rayonunun Ağanus kəndi Azərbaycan ordusunun nəzarətinə qaytarılmayıb və həmin kənd ilk günlərdən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətinə verilməklə gündəlik olaraq həmin kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəritəsində 27-ci nəzarət-müşahidə postunun yerləşdiyi məntəqə kimi göstərilir. Və Laçın “dəhlizi”nə Qubadlı rayonu istiqamətindən giriş Ağanus kəndindən bir neçə kilometr cənuba doğru yerləşən və Rusiya MN-in bəhs edilən xəritəsində “Şivid xarabalıqları” kimi qeyd olunan nəzarət-buraxılış postundan başlayır. Həmin postdan sonra Rusiya hərbçiləri Azərbaycanın nə hərbi, nə də mülki sakininə avtomobilləri saxlayıb düşərək su içməyə belə, rəsmən icazə vermir... Ona görə də Ağanus kəndinin Azərbaycan Respublikasının rəsmi nəzarətinə qaytarılmasını biz - Azərbaycan tərəfi, Azərbaycan dövləti, həmçinin Laçın rayonunun icra qurumları, o cümlədən həmin kəndin sakinləri tələb etməlidir, ermənilər yox...
 
Paylaş

Xəbər lenti

İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR