Türkiyəli məşhur aşpaz Nusret Gökçe qazancı ilə hər kəsi təəccübləndirib.
Avesta xəbər verir ki, onun Londondakı restoranından rekord həddə, yəni 8,5 milyon dollar (təxminən 14 milyon 450 min AZN ) gəlir əldə etdiyi məlum olub.
Bu haqda "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, Nusret bu məbləği cəmi 4 aya qazanıb. Londonun "Knightsbridge" səmtində yerləşən restoran bahalı menyusu ilə daim diqqət mərkəzindədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.