
İngiltərənin "Mançester Yunayted" klubu 37 ildən sonra antirekordunu təkrarlayıb.
"AVESTA.AZ" "Red Vlog"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 1986-cı ildən bəri ilk dəfə mövsümün açılışında keçirdiyi 10 oyunun 6-da məğlubiyyətlə üzləşib.
Komanda son olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə Türkiyə çempionu "Qalatasaray"a uduzub - 2:3.
Mançester təmsilçisi bu görüşə qədər 5 dəfə yenilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.