5-10-2023, 18:42 545

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə erməni lobbisi ilə sıx əlaqədə olan korrupsiyalaşmış qurumun nümayiş etdirdiyi növbəti qərəzdir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, qətnamənin mətni ilə səthi tanışlıq aşkar ermənipərəstliyi və Azərbaycana qarşı küdurəti üzə çıxarır:

"Bu azmış kimi, yol verilən hüquqi və siyasi səhvlər qətnamənin tərtib edilməsi və qəbulu zamanı avroparlamentarilərin beynəlxalq hüquq, ədalət, obyektivlik kimi anlayışlardan nələrinsə müqabilində uzaq olduqlarını göstərir.

Avropa Parlamentinin bu təlaşının səbəbləri bəllidir. 30 il idi ərazilərimizdə hər növ qanunsuz əməllər törətmiş terrorçi-separatçı şəbəkəni bəsləməklə bölgəyə nəzarət etməyə, gözləri götürmədiyi müstəqilliyimizi məhdudlaşdırmağa çalışırdılar. İndi bu “rıçaq” əllərindən çıxıb. Əməkdaşlıq etdikləri terrorçular həbs edilib Bakıya gətiriliblər. Burada mühakimə olunacaqlar, prosesin gedişatında o cümlədən Avropaya aid arzuolunmayan sirrlərin üstünü açacaqlar. Narahat olanların hər biri bu dəqiqə qəbul etdikləri qətanamədən daha çox Ruben Vardanyanın onlarla əlaqələri barədə nələri söyləyəcəklərindən qorxurlar. Hansı korrupsion maxinasiyaların üzə çıxacağını, hansı avrodeputatın erməni lobbisinin pulları ilə ələ alındığının üstünün açılacağını gözləyirlər. Reallıq budur. Yoxsa belə savadsız qətnaməni tez-tələsik tərtib və qəbul etməzdilər".

Deputat bildirib ki, qətnaməni hazırlayanların beynəlxalq hüquq və siyasi proseslərdən xəbəri olmaması ilk baxışda bilinir:

"Məsələn, yazırlar ki, Qarabağ ermənilərinə qarşı hərbi hücumu pisləyirlər. Ancaq bir dənə olsun belə fakt gətirə bilməzlər ki, hansısa sıravi erməniyə qarşı zorakılıq edilib. Antiterror əməliyyatını “beynəlxalq hüquqa zidd” sayırlar. Qətnaməyə səs verənlərdən hansı razı olar ki, təmsil etdikləri dövlətin ərazisində 30 il ərzində qanundan kənar terrorçu rejim fəaliyyət göstərsin?

Hazırki vəziyyəti “etnik təmizləmə” kimi qiymətləndirirlər, hətta Azərbaycan hərbçilərinin mülki əhaliyə qarşı “zorakılığı”ndan şikayətlənirlər. Bəs fakt və sübut? Təbii ki, yoxdur və olmayacaq da. Hansı etnik təmizləmədən söhbət belə gedə bilər ki, Azərbaycan dövlət başçısı səviyyəsində erməni azlığına təhlükəsizlik təminatı verib? Qarabağı tərk edən bir nəfər erməni belə ona qarşı zorakılıq edildiyini bildirməyib və Ermənistana könüllü getdiyini deyib. “Etnik təmizləmə” barədə necə danışmaq olar ki, son 3 ildə Azərbaycan Prezidenti dəfələrlə erməniləri vətəndaşlıq qəbul etməyə çağırıb?"

E.Allahverdiyev vurğulayıb ki, qətnamə müəllifləri və onu qəbul edənlər BMT-nin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərin nəticələrindən narazılıqlarını bildirirlər: "BMT missiyasını qeyri-obyektivlikdə suçlamaq nə deməkdir? Aydındır ki, BMT onların arzuladıqları nəticələri əldə edə bilməyib və gözləntiləri doğrultmayıb. BMT-nin aksiyasını etibarsız imicdə təqdim etmək cəhdi qətnamənin hansı məqsəd və mərama xidmət etdiyinin göstəricisidir. Prinsipcə, biz Avropa Parlamentinin bu qəbildən olan qətnamələrinə adət etmişik. Orada təmsil olunan deputatların hansı stimullaşdırıcıların, həvəsləndirici amillərin təsiri ilə belə qeyri-professional, həvəskar sənədlər hazırladıqlarını bilirik. Bu, bizi nə yolumuzdan, nə də doğma torpaqlarımızdan çəkindirə bilməz".

Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR