7-10-2023, 09:38 487

Rusiyanın hərbi gəmisi Bakıda olub, sərhədlərin təhlükəsizliyi müzakirə edilib

Rusiyanın hərbi gəmisi Bakıda olub, sərhəd təhlükəsizliyinin təmini müzakirə edilib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiriilib ki, Dövlət Sərhəd Xidməti ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir. Tədbirlər çərçivəsində oktyabrın 4-6-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini - Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanla Rusiya sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oktyabrın 6-da Rusiyanın “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması, eləcə də məlumat mübadiləsinin aparılması qaydalarının dəqiqləşdirilməsi həyata keçirilib.

Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, tərəflərin sərhəd gözətçi gəmiləri qarşılıqlı qaydada ziyarət edilib.

Qonaqlar mədəni tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanış ediliblər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Paylaş

Xəbər lenti

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Dünən, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Dünən, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Dünən, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Dünən, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR