11-10-2023, 12:54 946

Azərbaycanın vergi qanunvericiliyi və inzibatçılığı İƏİT standartına uyğundur

Azərbaycanın vergi qanunvericiliyi və inzibatçılığının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) standartına uyğunluğu təsdiq edilib.

Bu barədə "AVESTA.AZ"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Saziş İƏİT-in hazırladığı “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsinin “Transfer qiymətləri üzrə sənədləşmə və ölkələrarası hesabatlılığı” fəaliyyətinin təmin edilməsini nəzərdə tutur. Bu sazişə qoşulmaqla ölkəmiz müvafiq sahədə beynəlxalq mübadiləni təmin etmək məqsədi güdür.

BEPS-in minimum standartı – 13-cü fəaliyyəti “minimum standart” hesab edilməklə yanaşı, transfer qiymətləri ilə bağlı sənədləşmələrin bütün iştirakçı dövlətlərin vergi orqanları tərəfindən vahid formatda aparılması və bu məlumatların ölkələrarası hesabatlar vasitəsilə avtomatik qaydada mübadiləsini tənzimləyən çərçivə sənəd hesab edilir. Ölkələrarası hesabat vergi orqanlarının transmilli şirkətlər qruplarının fəaliyyətləri və yaranan vergi nəticələri haqqında məlumatların əldə olunmasını və transfer qiymətləri ilə əlaqədar riskləri müəyyənləşdirmək funksiyasını daşıyır.

İƏİT tərəfindən təşkilata üzv olmayan ölkələrin BEPS layihəsində iştirakını təmin etmək məqsədilə “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi üzrə İnklüziv Çərçivə” yaradılıb. Bu Çərçivəyə qoşulmuş ölkələrin layihə üzrə əməletmə səviyyəsi müvafiq sorğular, özünüqiymətləndirmə anketləri və ekspert qrupunun yoxlamaları (“peer review”) vasitəsilə dəyərləndirilir. Ekspert qrupunun qiymətləndirməsi zamanı qanunvericiliyin BEPS layihəsinə uyğunluğu və onun tətbiqi prosesləri nəzərdən keçirilir.

Ölkəmizin beynəlxalq təşkilat tərəfindən qiymətləndirilməsi nəticəsində yüksək reytinqin əldə edilməsi ilə bağlı Dövlət Vergi Xidməti genişmiqyaslı tədbirlər həyata keçirib. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədaxili qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlı ekspertlərlə çoxsaylı görüşlər baş tutub, müxtəlif sorğu və anketlər cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar və izahlar verilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı layihələr hazırlanaraq icrası təmin olunub.

Bu günlərdə İƏİT tərəfindən BEPS-in minimum standartı - 13-cü fəaliyyətin icrası istiqamətində “Ölkələrarası hesabatların mübadiləsi” ilə bağlı Azərbaycan üzrə qiymətləndirmə prosesi başa çatıb. İƏİT-in dərc etdiyi hesabatda ölkəmizin daxili qanunvericiliyi və inzibatçılığının standarta uyğunluğu təsdiq edilib və standartın tətbiqi yüksək qiymətləndirilib. Bununla da 138 yurisdiksiya üzrə aparılmış qiymətləndirmə zamanı Azərbaycan qiymətləndirmə prosesində iştirak edən MDB ölkələri arasında heç bir tövsiyə almayan yeganə dövlət olub və Almaniya, Çin, Yaponiya, Birləşmiş Krallıq, Kanada və s. kimi inkişaf etmiş ölkələrlə eyni səviyyədə qiymətləndirilib.

Azərbaycanı mötəbər beynəlxalq təşkilatın yüksək qiymətləndirməsi ölkəmizə əlverişli investisiya mühitinin, vergi və maliyyə sektorunda şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzunun daha da artırılması və məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınması kimi bir sıra üstünlüklər qazandıracaq.

Paylaş

Xəbər lenti

Ən tez aldanan bürclər açıqlandı Bu gün, 00:48 Diqqət mərkəzində olmaq istəyi hansı psixoloji problemin əlamətidir? Dünən, 23:48 Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır? Dünən, 23:48 Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir? Dünən, 23:48 Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? Dünən, 22:48 Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi Dünən, 22:48 Mərakeşdə hərbi təlim zamanı iki ABŞ hərbçisi itkin düşüb Dünən, 22:48 Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib Dünən, 21:48 Şəmkirdə gənc oğlan ağır yanıq xəsarətləri alıb Dünən, 21:48 Dejavu nədir və nə zaman təhlükəli ola bilər? – Mütəxəssislər açıqladı Dünən, 21:48 Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb Dünən, 21:48 15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü Dünən, 20:48 Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa Kubokunu izləyib Dünən, 20:48 Rəzai ABŞ-ni "dəniz qulduru" adlandırdı: sərt açıqlama Dünən, 20:48 Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb Dünən, 19:48 Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? Dünən, 19:48 "Bakı Marafonu 2026"nın start və finişində konsert olub Dünən, 19:48 Cüdo millimiz "Böyük Dəbilqə"də 3 medal qazanıb Dünən, 19:48 Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib Dünən, 18:48 Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır Dünən, 18:48 Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Dünən, 18:48 "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib Dünən, 18:48 Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu Dünən, 17:48 Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı Dünən, 17:48 "Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib Dünən, 17:48 Siqaret çəkmək əsəbləri sakitləşdirir? Dünən, 16:48 "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib Dünən, 16:48 Bakı Marafonu 2026-da yarış başa çatıb Dünən, 16:48 Manana Çaparidze bağını nümayiş etdirdi Dünən, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Dünən, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Dünən, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Dünən, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Dünən, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Dünən, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Dünən, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Dünən, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Dünən, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Dünən, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Dünən, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Dünən, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Dünən, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Dünən, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Dünən, 11:48 "Bakı Marafonu 2026" başlayıb Dünən, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Dünən, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Dünən, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Dünən, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Dünən, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR