
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Dünya Bankı (WB) arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumda “Azərbaycanda dövlət müəssisələrinin idarəetməsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korporativ idarəetmə prinsiplərinə uyğunluğunun yoxlanması layihəsi” çərçivəsində OECD və WB-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə layihə barədə, o cümlədən korporativ idarəetmə sahəsində AMB-nin yeni requlyativ tələblərinə dair ətraflı məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.