
Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi olduğu əraziyə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.