
Belçika hakimiyyəti Brüsseldə iki isveçli futbol azarkeşinə hücumdan sonra terror təhlükəsi səviyyəsini maksimum həddə qaldırıb.
“Report” TASS-a istinadən xəbərinə görə, bu barədə Krallığın Böhran Mərkəzindən jurnalistlərə məlumat verilib.
Mərkəzdən qeyd edilib ki, terror təhlükəsinin səviyyəsi dördə - mümkün olan ən yüksək həddə qaldırılıb.
Bundan əvvəl Brüsseldə iki isveçlinin güllələndiyi məlum olub. Ölənlər İsveç milli futbol komandasının azarkeşləri olub.
Fasiləyə 1:1 hesabı ilə yollanan iki komandanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.