
Bakının Xətai rayonunda 47 yaşlı qadını avtomobil vurub.
“AVESTA.AZ”un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Namazova Aynurə İbrahim qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.