
Salvadorda avtobus qəzasında 9 nəfər ölüb.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə Salvador Milli Polisi xəbər yayıb.
Qeyd olunub ki, hadisə San-Miqel departamentində baş verib.
Belə ki, sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpıb və nəticədə avtomobil aşıb.
Yol qəzasında yaralanan 15 nəfər xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.