
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin yəhudi dövlətinə bir günlük səfərindən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində hərbi-siyasi kabinetin məhdud tərkibli operativ iclasını keçirir.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Binyamin Netanyahu Təl-Əvivdəki “Kiriya” kompleksində (Müdafiə Nazirliyi kompleksi – red.) məhdud hərbi-siyasi kabinetin üzvləri ilə operativ iclas keçirir”, - məlumatda bildirilib.
Xatırladaq ki, Bayden oktyabrın 18-də İsrailə bir günlük səfər edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.