
Amerika Birləşmiş Ştatları Rusiya vətəndaşlarına viza verilməsinin dayandırılması ideyasını dəstəkləmir və Rusiya hakimiyyəti ilə ölkənin adi vətəndaşlarının hərəkətləri arasında fərq qoyulmasını zəruri hesab edir.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi bəyanatında deyilir.
Qeyd olunub ki, ABŞ rusiyalı dissidentlər və insan haqları pozuntularına məruz qalan digər şəxslər üçün sığınacaq və təhlükəsizlik qapılarını bağlamaq istəmir.
“Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Vaşinqton 5 minə yaxın insana viza sanksiyaları tətbiq edib. Biz Rusiyanın işğalında iştirak edənləri müəyyən etməyə və davranışlarına görə onları məsuliyyətə cəlb etməyə davam edəcəyik”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.