
Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
"AVESTA.AZ" yerli bürosu xəbər verir ki, hadisə rayonun Hacıvar kəndində qeydə alınıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini Kərimov Əlisəfa Mustafa oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.