
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, minik avtomobilinin aşması nəticəsində rayonun Ağusəm kənd sakini, 1999-cu il təvəllüdlü İ.Şahbazov xəsarət alıb.
O, Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Qəza zamanı daha bir nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.