24-10-2023, 15:49 1440

Narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşlarına hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz keçərək narkotik vasitələri ölkə ərazisinə gətirməkdə təqsirləndirilən İran vətəndaşlarıı Şeyx Nya Əli Cəmşid və Əlipur Puya Əliyə hökm oxunub.

"AVESTA.AZ" xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında İran vətəndaşlarının hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, İran vətəndaşı Şeyx Nya Əli həmyerliləri Əlipur Puya Əli və Səccad adlı şəxs ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma, Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girməkdə təqsirləndirilib.

Onlar digər İran vətəndaşları ilə birgə İran ərazisində külli miqdarda narkotik vasitələr olan ümumi çəkisi 6 kiloqramdan çox qurudulmuş marixuananı, 4 kiloqrama yaxın heroini, 5 kiloqrama yaxın metanfetamini və güclü təsir edən maddə olan 100 ədəd konvalyutda, ümumilikdə 1000 ədəd kapsula formalı, təsiredici maddə olan preqabalini qanunsuz olaraq dövlət sərhəddini keçib satış məqsədilə Azərbaycana gətirməkdə ittiham olunub.

Qeyd edək ki, hər iki İran vətəndaşı bu ilin yanvarın 5-də Füzuli rayonunun Birinci Mahmudlu kəndində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisindən qanunsuz olaraq Azərbaycan ərazisinə keçərkən sərhəd naryadı tərəfindən saxlanılıb. Naryadın “dayan” əmrinə məhəl qoymayan Şeyx Nya Əli adlı şəxs sərhəd xidməti tərəfindən zərəsizləşdirilərək həbs olunub.

Onlara qarşı Cinayət Məclləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2 (Qaçaqmalçılıq) 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama), 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama), 240.3.2 Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Nəcməddin Quluzadə

Paylaş

Xəbər lenti

Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Bu gün, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Bu gün, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Bu gün, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Bu gün, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Bu gün, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Bu gün, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Bu gün, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR