
Gəncə şəhərində mənzildə meyiti tapılan qadının şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospekti, bina 32, mənzil 15 ünvanında meyti aşkarlanan şəxsin - 1953-cü il təvəllüdlü Almaz Əliyeva olduğu məlum olub.
Onun həmin ünvanda tək yaşadığı və ilkin olaraq xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Xatırladaq ki, meyit FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qapısı bağlı olan mənzildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Gəncədə mənzildə meyit tapılıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.