
Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "AVESTA.AZ" DİN-in Mətbuat xidmətindən bildirilib.
Saxlanılan şəxs 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğludur.
Bakıda qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "AVESTA.AZ"a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.