
Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Partlayışlar hərbi obyektin ərazisində baş verib, partlayış səsləri ətrafda eşidilib.
Qeyd edək ki, son bir həftə ərzində ABŞ-ın İraq və Suriyadakı bazaları dəfələrlə atəşə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.