
Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Qəza ölkənin şimal-qərbində, Rio Branko hava limanı yaxınlığında qeydə alınıb. Təyyarədə olan 12 nəfərin hamısı ölüb.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.