1-11-2023, 19:50 798

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub.

"Report" xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.

Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu festival altı fərqli türk dövlətini və onların sənətçilərini bir araya gətirib.

“Festivalın əsas məqsədi bir- birimizi daha da yaxından tanımaq və incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır və gələcək nəsillərə ötürür”, - deyə Baş katib vurğulayıb.

Qeyd edilib ki, festival noyabrın 4-dək davam edəcək. Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir.

Diqqətə çatdırılıb ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.

Sonra İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunub. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.

Paylaş

Xəbər lenti

"Haber Global"da müzakirə: Orta dəhliz hazırda bütün dünyaya nəfəs aldıracaq bir sahə açır Bu gün, 22:48 Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub Bu gün, 22:48 Xocalı soyqırımında səkkiz aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən Salman Abbasov vəfat etdi Bu gün, 22:48 Bakıda villada qanlı hadisə Bu gün, 22:48 Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb Bu gün, 22:48 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Bu gün, 21:48 Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Bu gün, 21:48 Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" Bu gün, 21:48 BDU tələbələri Məleykə Abbaszadədən nə gözləyirlər? Bu gün, 21:48 Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb Bu gün, 21:48 Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək? Bu gün, 20:48 Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi Bu gün, 20:48 Fərda İmanov vəzifəsindən azad olundu Bu gün, 20:48 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir Bu gün, 20:48 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib Bu gün, 19:48 Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Bu gün, 19:48 "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 19:48 Azərbaycanla Vyetnam arasında münasibətlərdə yeni mərhələ: "Haber Global"dan xüsusi süjet Bu gün, 19:48 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Bu gün, 19:48 Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib Bu gün, 18:48 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? Bu gün, 18:48 İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub Bu gün, 18:48 MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib Bu gün, 18:48 3 məktəblini maşın vurub Bu gün, 18:48 Bakıda Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı Bu gün, 18:48 Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib Bu gün, 17:48 Beyin üçün faydalı olan 3 SUPER QİDA Bu gün, 17:48 Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi Bu gün, 17:48 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? Bu gün, 17:48 "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib Bu gün, 17:48 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı Bu gün, 17:48 ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək Bu gün, 17:48 Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü Bu gün, 17:48 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb Bu gün, 16:48 Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı! Bu gün, 16:48 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu Bu gün, 16:48 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 16:48 SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib Bu gün, 16:48 Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır Bu gün, 16:48 IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur Bu gün, 16:48 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx Bu gün, 16:48 Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək Bu gün, 16:48 Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır Bu gün, 16:48 Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı isə... Bu gün, 16:48 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Yağış və qar yağacaq Bu gün, 16:48 AMEA-nın strukturunda dəyişiklik edilib Bu gün, 15:48 AZAL iki beynəlxalq mükafata layiq görülüb Bu gün, 15:48 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR