5-11-2023, 21:02 826

Sumqayıt şəhərində yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub

Sumqayıt şəhərində yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktlarının şərhi, fiziki və hüquqi şəxslərin ekoloji öhdəlikləri ilə bağlı müzakirələr aparılıb.

Bu barədə "AVESTA.AZ"a Dövlət Ekoloji Ekspertiza Agentliyindən məlumat verilib.

Agentliyin İdarə Heyəti sədrinin müavini İman Quliyev bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl maarifləndirici işlər həyata keçirilsə də, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Təhlillər göstərir ki, sənədlərin hazırlanması və layihələrin icrası zamanı normativ hüquqi aktların və ekoloji ekspertiza rəylərinin tələblərinə tam riayət olunmur. “Bildiyiniz kimi, ekoloji tarazlığın qorunması və yaşıllıqların mühafizəsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Bununla əlaqədar bir sıra mühüm qanunvericilik aktları qəbul edilmiş, normativ sənədlərdə dövlət orqanlarının, bələdiyyələrin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir”, - deyə qurum rəsmisi vurğulayıb.

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov qeyd edib ki, torpaq mülkiyyətçiləri tərəfindən yaşıllıqların uçotunun aparılması, onlara düzgün aqro-texniki qulluq göstərilməsi, qəzalı və quru ağaclarla bağlı operativ şəkildə müraciət edilməsi çox önəmli məsələdir. Həmçinin layihələrin icrası zamanı ekoloji normalara riayət olunması - təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin, yaşıllıq balansının qorunub saxlanılması və daha da artırılması xüsusi əhəmiyyət kəsb edir.

Çıxış edən ekspertlər də Sumqayıt şəhəri ərazisində qurumuş, binalara bitişik, yaxud çox yaxın yaşıllıqların, xüsusən bioloji inkişaf dövrünü başa vurmuş qovaq ağaclarının təhlükə yaratdığını, həmçinin bu problemlərdən çıxış yollarını qeyd ediblər. Eyni zamanda hər bir layihənin ətraf mühitə təsiri və kompensasiya mexanizmlərinin qiymətləndirilməsinin, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasının vacibliyindən söz açılıb.

Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.

Paylaş

Xəbər lenti

Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü Bu gün, 13:48 Tahir Kərimli: "Deputatlıq fəaliyyətim bitəndən sonra zənglərin, axtaranların sayı azalıb" Bu gün, 13:48 "Qısa müddətdə insanlara keçir" - Tanınmış professor təhlükəli virusları açıqladı Bu gün, 13:48 Aydın Mirzəzadə: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi" Bu gün, 13:48 Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər Bu gün, 13:48 Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb Bu gün, 13:48 "Həkimlər sümüyümü sındırdılar, onların səhlənkarlığının qurbanı oldum" Bu gün, 13:48 Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı Bu gün, 12:49 Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib Bu gün, 12:49 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi Bu gün, 12:49 Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib Bu gün, 12:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? Bu gün, 12:48 Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib Bu gün, 12:48 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ Bu gün, 11:48 "2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT Bu gün, 11:48 Xəstəxanaya yerləşdirilən Rəşad Səfərov: "Ürəyimdə ciddi problemlər var" Bu gün, 11:48 Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI Bu gün, 11:48 Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır Bu gün, 11:48 AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb Bu gün, 11:48 Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı Bu gün, 11:48 İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Bu gün, 11:48 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib Bu gün, 11:48 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Bu gün, 11:48 Martin Ryan əfv edilib Bu gün, 11:48 Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək Bu gün, 10:48 Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir Bu gün, 10:48 Azərbaycanda 8 ayda istilik və isti su xidmətlərinin ümumi dəyəri açıqlanıb Bu gün, 10:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB? Bu gün, 10:48 Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR Bu gün, 10:48 Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib Bu gün, 10:48 Donald Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı Bu gün, 10:48 DYP: Yol hərəkətində təhlükəsizliyin təmini tək sürücülərin deyil, piyadaların da məsuliyyətli davranmasını tələb edir Bu gün, 10:48 Bakıdakı tıxaclara son qoyacaq PLAN - Yollar və metro necə dəyişəcək? Bu gün, 10:48 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası Bu gün, 09:48 Yalçın Rəfiyev  BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib Bu gün, 09:48 Bu gün 6 rayonda işıq olmayacaq Bu gün, 09:48 Bakıda sakinləri evlərindən didərgin salan hadisə Bu gün, 09:48 AYNA: 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib Bu gün, 09:48 Daha bir serial eşqi gerçək oldu - Aralarında 14 yaş fərq var Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 117 dolları keçib Bu gün, 09:48 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT Bu gün, 09:48 Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib Bu gün, 08:48 Minillikləri özündə toplayan qədim yaşayış məskəni Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR