
Samuxda həmkəndlilərinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samux rayonu Çobanabdallı kəndində ana və oğlu bıçaq xəsarətləri alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və onun anası 1980-ci il təvəllüdlü A.Nəbiyeva xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs də döyülərək müxtəlif bədən xəsarətləri alıb və həmin şəxs də xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.