7-11-2023, 23:29 573

Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Pakistanda rəsmi qəbul təşkil edib.

Səfirlikdən "AVESTA.AZ"a verilən məlumata görə, Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqinin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, bu ölkənin müdafiə istehsalı üzrə federal nazirinin müavini Humayun Əhməd, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov hər il Azərbaycanda 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini dərin hörmətlə yad etdiyini ifadə edib.

Səfir Ermənistanın 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığını, işğal altında tutduğu ərazilərdə hərbi cinayətlər törətdiyini və azərbaycanlılara qarşı etnik təmizləmə apardığını vurğulayıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini qeyd edən səfir, Ermənistanın sözügedən qətnamələrə məhəl qoymadığını bildirib və bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etmədiyini nəzərə çatdırıb. Ölkəmizin keçmiş Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə səy göstərdiyini, lakin Ermənistanın status-kvonu saxlamağa çalışdığını və hətta işğal dövründə mütəmadi olaraq hərbi təxribatlar törətdiyini vurğulayıb. X.Fərhadov, Ermənistanın işğal zamanı Azərbaycanın şəhər və kəndlərini yerlə-yeksan etdiyini, mədəniyyət və dini abidələri dağıtdığını, müqəddəs abidələrimizi təhqir edərək məscidlərdə heyvan saxladığını diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən söz açan səfir, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ildə tarixi torpaqlarını erməni işğalından azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

X.Fərhadov cari ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən davam edən təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb, eləcə də görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğunu qeyd edib.

Səfir işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işlərindən söhbət açaraq Füzuli, Zəngilan, Laçın Beynəlxalq Aeroportları, eləcə də “Böyük Qayıdış” proqramı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb. Azərbaycanın etnik erməni sakinlərinin reinteqrasiyası istiqamətində Azərbaycanın atdığı addımlardan, habelə tarixi torpaqlarından qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının vacibliyindən bəhs edib.

Çıxışı zamanı Azərbaycan və Pakistan münasibətlərinə toxunan X.Fərhadov Pakistanın həm keçmiş Qarabağ münaqişəsi həm də Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini vurğulayıb və bu dəstəyə görə Pakistana təşəkkürünü ifadə edib.

Qəbulda əsas qonaq qismində iştirak edən Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqi çıxışı zamanı ilk öncə Pakistanın Baş naziri Ənvər ul Haq Kakar adından Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsinin Pakistan xalqı arasında böyük sevinclə qarşılandığını dilə gətirib. Ölkəmiz tərəfindən işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərindən danışan nazir, Azərbaycanın gördüyü böyük işləri yüksək qiymətləndirib.
Azərbaycan və Pakistanın iki qardaş ölkə olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyini əminliklə ifadə edib.

Sonda Zəfər Gününün üçüncü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi qələbəsini, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, eləcə də Pakistanın Azərbaycanla həmrəyliyini əks etdirən çoxsaylı videoçarxlar nümayiş etdirilib.

Paylaş

Xəbər lenti

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR