
İranın nüvə silahına malik olmasını qabaqlamaq üçün müvafiq şərait yaradılmalıdır.
“AVESTA.AZ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş bildirib.
“Hesab edirəm ki, İranın nüvə silahına malik olmadığı şəraitin yaradılması çox vacib olardı”, – dünya təşkilatının başçısı vurğulayıb.
Quterreş əlavə edib ki, o, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) “çox mühüm diplomatik nailiyyət” olduğuna inanır və sazişin yenilənməsi üzrə danışıqların dayandırılmasından təəssüflənir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.