
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı müəyyənləşib.
"AVESTA.AZ" xəbər verir ki, Kipr yığması ilə oyun dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da Limassoldakı “Limassol” stadionunda gerçəkləşəcək.
Farer adaları ilə qarşılaşma isə saat 19:00-da Mərdəkandakı “Dalğa Arena”da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan millisi 4 oyundan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Kiprin 7, üçüncü Monteneqronun 6 xalı var. Autsayder Farer adalarının isə xalı yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.