
“Asiya İnkişaf Bankı (ADB) Ermənistanla birgə layihələri genişləndirməyə hazırdır”.
“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ADB prezidenti Masatsuqu Asakava baş nazir Nikol Paşinyanla görüşündə deyib.
N.Paşinyan hökumətlə bank arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib.
Baş nazir bildirib ki, Ermənistan hökuməti yeni layihələrin həyata keçirilməsində maraqlıdır.
Tərəflər həmçinin məktəb və yol tikintisinin seysmik təhlükəsizliyinin yaxşılaşdırılması, səhiyyə infrastrukturunun inkişafı proqramı çərçivəsində cari və yeni layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.