
Kürdəmirdə 24 yaşlı gənc intihar edib.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Kərimov Xəyal Fətəli oğlu özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.