28-11-2023, 16:49 465

Müdafiə nazirlərinin Bakı toplantısı - Azərbaycan, Türkiyə və Gürcüstan vahid cəbhədə yer alır - ŞƏRH

Noyabrın 27-də Bakıda üç ölkənin müdafiə nazirləri - Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirildi. Bu, sözügedən ölkələrin müdafiə nazirlərinin sayca onuncu belə iclası idi.

Toplantıda mühüm mesajlar verildi. Amma bu mesajların təhlilinə keçməzdən əvvəl onu deyək ki, haqqında danışdığımız formatda görüşün özü belə mühüm əhəmiyyətlidir. Bu, ilk növbədə bölgənin üç qonşu ölkəsi arasında hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verir. Bakı, Ankara və Tbilisinin qarşılıqlı təcrübə mübadiləsinin inkişafına şərait yaradılır. Təsadüfi deyil ki, son zamanlar üç ölkə arasında birgə hərbi təlimlərin də sayı artıb. Sonuncu belə təlim bu ilin oktyabr ayında keçirilib. Bu manevrlər isə öz-özlüyündə Cənubi Qafqazdakı sülh və sabitliyə, əməkdaşlıq mühitinin formalaşmasına təkan verir. Məhz Gürcüstanın bu təlimlərdə iştirakı özü də xüsusi əhəmiyyətli hadisədir.

Məlum olduğu kimi, Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində gündəmdə olan əsas məsələlərdən biri "3+3" formatıdır. Gürcüstan bu təşəbbüsə hələ ki, isti yanaşmır. Amma əsas təşəbbüskar oyunçular - Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələr, o cümlədən birgə hərbi təlimlər rəsmi Tbilisinin hazırkı soyuqluğunun gələcəkdə azalmasına səbəb ola bilər. Z.Həsənov toplantıda bu məsələyə xüsusi toxunub. O deyib ki, üçtərəfli görüşlər ənənəyə çevrilib, belə görüşlər regionda sülhə töhfə verilməsi baxımından əhəmiyyətlidir.

Dediyimiz kimi, iclas kifayət qədər səmərəli keçdi. Ən diqqətçəkən məqamlardan biri nazir Zakir Həsənovun üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyənlərə xəbərdarlıq etməsi idi. Nazir söyləyib ki, regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir. Bu, vaxtında verilmiş, sərrast bəyanat idi.

Məlum olduğu kimi, son zamanlar Qərb, o cümlədən ABŞ və Fransa Cənubi Qafqazda yeni oyunlar qurmağa çalışır. Bunun üçün bölgənin “ən zəif bəndi” olan İrəvandan istifadə olunur. Z.Həsənov səsləndirdiyi fikirlərlə rəsmi Bakının regionla bağlı xain planlardan xəbərdar olduğunu bildirdi. Əlbəttə, üçüncü güclər nəyəsə nail ola, məqsədlərinə çata bilməzlər. Biz bunu dəfələrlə görmüşük. Yada salmaq yerinə düşər ki, Vaşinqton və Paris 30 il keçmiş Minsk qrupunun həmsədri kimi prosesi uzatmağa çalışdılar. Lakin sonda proses Azərbaycanın maraqlarına uyğun başa çatdı. Odur ki, üçüncü güclər əgər yenə də peşman olmaq istəmirlərsə, bölgədən əllərini üzməli, gözlərini çəkməlidirlər.

Türk nazir Yaşar Gülər də bu səpkidə fikirlərini bildirib. O deyib ki, Ermənistan yaranan fürsətləri lazımi qədər qiymətləndirə bilmir. Bu, əslində Z.Həsənovun fikirlərinin davamı kimi də dəyərləndirilə bilər. Çünki Ermənistan məhz Qərb ölkələrinin təhriki ilə regional əməkdaşlıqdan uzaqlaşır. Bu isə rəsmi İrəvan üçün yaxşı heç nə vəd etmir.

Bundan başqa, görüşdə terrorizmə qarşı birgə mübarizə, regional sabitlik, həmçinin birgə hərbi təlimlərin sayının artırılması məsələləri müzakirə olunub. Əlbəttə, biz sülh və sabitlik istəyirik. Bu, ən ali səviyyədə dəfələrlə ifadə olunub. Ancaq bir həqiqət də var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq və təmaslar bunun ən bariz nümunəsidir.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR